Cəmil Həsənli İbrahimbəyovun Milli Şura ilə bağlı qərarını açıqladı

"Zəfər Quliyevin Milli Şuradan getməsi normal hadisədir. Biz Milli Şuradan gedənləri müsbət qarşılayırıq, amma arzu edərdim ki, "El" Hərəkatı Milli Şuradan çıxmasın".


Bunu AzNews.az-a Milli Şuranın sədri Cəmil Həsənli Zəfər Quliyevin qurumdan istefa verməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu gün Rüstəm İbrahimovla bir saatlıq telefon danışığı olub:

"Bu gün Rüstəm bəylə bir saatlıq müzakirə apardıq. Milli Şuraya daxil olanlar partiya prinsipi ilə deyil, fərd kimi daxil olublar. Ona görə heç kimin çıxmasını arzulamırıq. Bu qərarı adamlar verməlidir.

Rüstəm bəylə qərar verdik ki, Milli Şuranı saxlayacaq, yaşadacaq, siyasi müxalifətdən kim qalacaqsa, böyük məmnuniyyətlə onlarla mübarizəni davam etdirəcəyik. Bütövlükdə cəmiyyətin nüfuzlu, sayılan- seçilən adamlarını ətrafımızda görmək istəyirik. Milli Şuraya müraciət edənlər də var. Onları da zamanla üzv edəcəyik".

"Rüstəm İbrahimov fəxri sədr kimi MŞ-da qalacaqmı" sualına C.Həsənlinin münasibəti belə olub:

"Rüstəm bəy fəxri sədr kimi istefa müraciətini edib. Biz də Milli Şuraya daxil olan bütün müraciətlərə sessiyasında baxıb qərar verəcəyik. Hər halda onun qalmasını istərdik".

Bahar Rüstəmli
AzNews.az