18:43
(077) 610-22-33

MKİ Türkiyəni silkələyir

  • >
521 16 Avqust 2012 10:01 | Siyasət

Əhali sayındakı 5 milyon nəfərlik fərq ciddi müzakirə olunur


ABŞ, Türkiyə barədə ciddi araşdırmalara başlayıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi apardığı araşdırmalarla bağlı bəlli raport da hazırlayıb.Raportda diqqət çəkən məqamlardan ən başlıcası Türkiyə əhalisinin artım tempi barədədir.

Belə ki, Türk Statistika Qurumunun verdiyi rəsmi rəqəmlərlə, ABŞ kəşfiyyatının dərc etdirdiyi raportda göstərilən rəqəmlər arasında böyük, daha doğrusu, 5 milyon nəfərlik bir fərq var.

MKİ-nin rəqəmlərinə görə, Türkiyənin əhalisi 79 milyon 749 min 461 nəfər, Türk Statistika Qurumunun məlumatına görə isə, keçən ay yekunlaşan hesablamalarla Türkiyə əhalisi 74 milyon 724 min 269 nəfər təşkil edir.

Baş nazir Rəcəb Tayyip Ərdoğanın gənc əhalinin sayını artırmaq üçün tez-tez ailələrə etdiyi çağırışın türklər tərəfindən yerinə yetirilmədiyi MKİ-nin raportunda xüsusi qeyd olunub. TÜSK-ün hesablamalarına görə, Türkiyə əhalisi bir ildə 1 milyon 281 min nəfər artıb.


Aynur

AzNews.az

Bağla X