Cavanşir Paşazadə: “Müsavat Milli Şurada arzularını gerçəkləşdirə bilmədi”


"Milli Şura ora toplaşan insanların əsəbləri ilə oynadı və sonra da dağıldı".


Bunu AzNews.az-a açıqlamsında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Milli Şurada baş verənlər haqda danışan C. Paşazadə bildirib ki, bu qurumda mövcud vəziyyətin baş verəcəyi prezident seçkiləri dövründən bəlli idi: "Milli Şurada baş verən çaxnaşmalar başadüşüləndir və biz bunu belə də gözləyirdik".

O, Müsavat Partiyasının Milli Şuradan çıxması və bundan sonra yaranan gərginliyə də münasibət bildirib: "Müsavat Partiyası Milli Şuraya daxil olmaqla prezident seçkilərində özünə arxa axtarırdı. Lakin bu arxanı da tapa və arzularını gerçəkləşdirə bilmədi. Ümumiyyətlə Müsavatın bir partiya kimi tutduğu mövqe Azərbaycan xalqına 20 ildir tanışdır və başadüşülən deyil. Fikrimcə, bir partiya uzun illər dövlət sistemində heç bir mövqe tuta bilmirsə, o qurumun qalmasına ehtiyac yoxdur".

Amid Əyyuboğlu
AzNews.az