Milli Şuranın sessiyasının vaxtı dəyişdi

Demokratik Qüvvələrin Milli Şurasının sessiyasının bu günə təyin olunan sessiyası təxirə salınıb.

AzNews.az-ın məlumatına görə, sessiyanın təxirə salınmasına səbəb qurumdaxili gərginliklə bağlı aparılan müzakirələrin hələ başa çatmamasıdır.

Sessiyanın növbəti həftə keçiriləcəyi ilə bağlı razılıq əldə olunsa da dəqiq tarix müəyyənləşdirilməyib.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuranı tərk etməsindən sonra qurumda ciddi narazılıq yaranıb.

Bahar
AzNews.az