İsa Qəmbərin müşaviri Milli Şuradan çıxmır

"Mən Milli Şuranı müxalifətin vahid güc mərkəzi sayıram və burada fəaliyyətimi davam etdirəcəm"


Müsavat Partiyasının Ali Məclis üzvü, partiya başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli bu partiyanın Milli Şura ilə bağlı qərarını bölüşmür.

T.Hüseynli bildirib ki, o, Milli Şuranın üzvüdür və bu qurumun üzvü olaraq qalacaq.

T.Hüseynli hesab edir ki, partiyanın Milli Şuradan çıxmaq barədə qərarı yanlışdır və buna görə də bu qərarın qəbul edilməsi şəxsən onun Milli Şura üzvlüyünə heç bir təsir yaratmır.

"Mən Milli Şuranı müxalifətin vahid güc mərkəzi hesab edirəm. Bu mərkəzin parçalanması, zəiflədilməsi istiqamətində atılan addımların məsuliyyətini bölüşmək fikrində deyiləm. Buna görə də Milli Şura üzvü olaraq qalacağam"- deyə, T. Hüseynli bildirib.(azadlıq.info)


AzNews.az