19:28
(077) 610-22-33

Cəmil Həsənli: “Bu şəraitdə işləyə bilmərəm“

  • >
468 13 Yanvar 2014 09:23 | Siyasət

"Yarananların böyük hissəsi əhəmiyyətsiz gərginlikdir"




"Azərbaycan siyasi mühitində olan təşkilatlar arasında gərginlik Milli Şuraya qədər də olub. İndi də var və yəqin ki, bundan sonra da olacaq".


Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli "Qurumdakı gərginliyi arxada qalmış mərhələ hesab edirsinizmi" sualını cavablandırarkən deyib.

O qeyd edib ki, buna baxmayaraq, müxalifət düşərgəsində gərginliyin olmasını arzulamır: "Hesab edirik ki, xüsusilə müxalifət partiyalarını birləşdirən amillər daha çoxdur, nəinki onları ayıran. Bu yarananların böyük hissəsi lazımsız, əhəmiyyətsiz gərginlikdir. İstəmirəm ki, partiyalar bir-birilərini belə şeylərlə yorsunlar. Müxalifətin qarşısında daha böyük işlər var, bununla məşğul olmalıdırlar".

Milli Şuranın sədri "Ortaq hədəfləri olan partiyaların nəyə görə, fərdi maraqlardan çıxış etməyə üstünlük verir" sualına isə cavablandırmaq istəməyib: "O barədə bir şey demək istəmirəm. Bunu partiyaların özlərindən soruşun".

"Milli Şurada baş verən gərginliklərin səbəbkarı kimi adları hallanan siyasi partiyaların dominantlığının azaldılması mümkün olacaqmı" sualını cavablandıran C. Həsənli bildirib ki, hazırda Milli Şurada hansısa qurumun dominantlığı mövcud deyil. İndiyə qədər də belə hal olmayıb:

"Biz Milli Şuraya daxil olan partiyaların, hərəkatların, ictimai-siyasi təşkilatların hamısına bərabər qaydada münasibət bəsləmişik, kollektiv müzakirələr keçirib, qərarlar qəbul etmişik. Ona görə dominantlıqdan söhbət gedə bilməz. Mən hansısa qurumun dominantlığı şəraitində işləyə bilərəm? Əlbəttə, yox".

Məhəmməd
AzNews.az
Bağla X