İsa Qəmbər Tiflisə getdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər Tiflisə iki günlük səfərə gedib.

Musavat.com xəbər verir ki, Müsavat başqanı Almaniyanın Fridrix Nauman fondunun təşkilatçılığı ilə Tiflisdə Güney Qafqazdakı bugünkü və perspektiv duruma həsr olunan konfransa dəvət alıb.

Konfransda Azərbaycandan vətəndaş cəmiyyətinin bir sıra təmsilçiləri, o cümlədən də "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev də iştirak edəcək.

AzNews.az