Türkmənistan prezidentinə “Şeyxülislam” ordeni verilib

Türkmənistanın paytaxtı Aşqabad şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
QMİ-dən APA-ya verilən məlumata görə, görüş zamanı A. Paşazadə Q. Berdiməhəmmədova Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam ordenini" təqdim edib. O bildirib ki, QMİ Qazılar Şurası və Elmi Dini Şurasının qərarına əsasən Qurbanqulu Berdiməhəmmədov tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin qorunması işinə diqqət və qayğısına, Türkmənistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə "Şeyxülislam" ordeni ilə təltif olunur.


AzNews.az