ABŞ səfiri Milli Şuradakı gərginlikdən danışdı

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Milli Şurada baş verən proseslərə münasibət bildirib.


Bu barədə AzNews.az-ın əməkdaşının sualını cavablandıran Riçard Morninqstar deyib ki, əsas məsələ siyasi partiyaların fəaliyyəti üçün lazımı şəraitin yaradılmasıdır:

"Önəmli olan Azərbaycanda plüralizmin və siyasi partiyaların inkişafı üçün lazımı şəraitin olmasıdır. Milli Şura daxilində baş verənlər, orada hansı partiyanın və yaxud da qurum rəhbərinin burada olub-olmaması, həmin təşkilatın və birlik rəhbərinin şəxsi fikridir".

Amid Əyyuboğlu
AzNews.az