Cəmil Həsənli AXCP–Müsavat qarşıdirmasından danışdı

"AXCP ilə Müsavat Partiyası arasındakı mövcud narazılığın aradan qaldırılması üçün heç bir cəhd olmayıb".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. C. Həsənli bildirib ki, bu günlərdə həmin iki partiya arasında görüşün keçiriləcəyinə dair belə bir cəhdin olacağını düşünmür: "Lakin gələcəkdə bu cür təşəbbüs ola bilər". Həmin iki partiya arasında məlum narazılığın səngiməkdə olduğunu da deyən C. Həsənli qeyd edib ki, AXCP və Müsavat siyasi mühitdə aparıcı partiyalardır. Bunların münasibətlərinin gərgin olan vaxtları da olub, əməkdaşlıq etdikləri vaxtlar da. Ona görə də bu məsələnin dramatikləşdirilməsinə ehtiyac yoxdur: "Siyasi proseslərlə bağlı məsələlərdə aparılan polemikalar şəxsi təhqir formasına keçməsi arzuolunan deyil. Əslində belə hallar tək Azərbaycanda baş vermir".

Məhəmməd
AzNews.az