07:31
(077) 610-22-33

Milli Şuranın bugünkü sessiyasında nələr olacaq?

  • >
481 16 Yanvar 2014 13:01 | Siyasət

"Sessiyada Milli Şuradan çıxanların məsələsinə xüsusi baxılmayacaq".
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. O bildirib ki, sadəcə olaraq, həmin şəxslərin Milli Şuradan çıxması nəzərə alınacaq. O əlavə edib ki, Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bu gün keçiriləcək sessiyaya telefon vasitəsilə də qatıla bilməyəcək: "Rüstəm bəy hazırda ABŞ-dadır və fevralın ortalarına qədər orada olacaq. Azərbaycanla isə həmin şəhərin arasında saat fərqi böyükdür. Yəni arada 12 saat fərq var. Belə olan təqdirdə onun sessiyaya canlı olaraq, telefonla qatılması çox çətindir".

Əhməd
AzNews.az

Bağla X