21:04
(077) 610-22-33

“Qanlı yanvar” ədəbi-bədii kompozisiyası- Füzulidə

  • >
663 16 Yanvar 2014 13:33 | Siyasət

20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir.

İH-dən AzNews-a verilən məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı" imzaladığı Sərəncama uyğun bu gün Horadiz şəhərində Füzuli Dram Teatrında "Qanlı yanvar" adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə teatrın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş kitablarla, rəsm və foto sərgisi ilə tanış olub.

Mərasim 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Füzuli Dram Teatrının kollektivi tərəfindən hazırlanan "Qanlı yanvar" adlı ədəbi-bədii kompozisiya göstərlmişdir. Teatrın aktyorları öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə qanlı gecənin dəhşətini bir daha canlandırmışlar. Kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı tədbirlər keçirilir, ərazilərdə abadlıq və təmizlik işləri görülür.

Amid
AzNews.az
Bağla X