“Qara Tofiq” Milli Şuranın sessiyasına qatılmayacaq- SƏBƏB

Müsavat Partiyasının Ali Məclis üzvü, partiya başqanının müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli Milli Şuranın bu gün keçiriləcək sessiyasına qatılmayacaq.

Bunu AzNews.az-ın əməkdaşı ilə söhbətində partiyanın Milli Şura ilə bağlı qərarının bölüşməyərək, qurumdakı fəaliyyətini davam etdirən Tofiq Hüseynli bildirib.

"Qara Tofiq" kimi tanınan Tofiq Hüseynli Mili Şuradakı fəaliyyətini davam etdirməsinə baxmayaraq, bugünkü sessiyada iştirak etməməsinin səbəblərini açıqlayıb:

"Mən hazırda Tovuzda kənddəyəm. Səhhətimdə problemlər var. Buna görə də Bakıya gəlib Milli Şuranın sessiyasında iştirak edə bilməyəcəyəm. Yəni Şuranın sessiyasında iştirak etməməyim ancaq bununla bağlıdır və məni tanıyan hər kəs bunu bilir".

Elnarə
AzNews.az