Partiyanın Qadın Təşkilatı konfrans keçirəcək


Bu gün Ümid Partiyası Qadınlar Təşkilatının İdarə Heyəti öz toplantısını keçirib.

Toplantıda İdarə Heyətinin sədri, eyni zamanda Ümid Partiyası sədrinin Ailə, Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva ölkədəki ictimai-siyasi vəziyyət, mövcud hakimiyyətin ailə, qadın siyasəti, Qadın Təşkilatının fəaliyyət istiqamətləri və vəzifələr, nəzərdə tutulan proqram və layihələrin həyata keçirilməsi, bələdiyyə seçkiləri, seçkilərdə qadınların rolu və bələdiyyələrə qadın namizədlərin verilməsi istiqamətində çıxış edib. Sonra 20 yanvar Ümumxalq hüzn günü ilə bağlı Şəhidlər Xiyabanına ziyarətə qatılmaq qərara alınıb.

Ümid Partiyası Qadın Təşkilatının növbədən kənar konfransının keçirilməsi məsələsi gündəliyə çıxarıldı və konfransın keçirilməsi məqsədilə 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.

AzNews.az