Rüstəm İbrahimbəyovun istefa ərizəsi qəbul edilmədi- Yenilənib

Milli Şuranın növbəti sessiyası artıq başlayıb. "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri və ya lideri olmasını təklif edib.

AzNews.az xəbər verir ki, Eldəniz Quliyev R. İbrahimbəyova qarşı müəyyən təzyiqlər olduğunu bildirib: "Lakin o Milli Şuranın saxlamaq üçün geri çəkilib. Ona görə fəxri sədrlik məsələsinə münasibət bildirilməli və bu barədə qərar verilməlidir".

E. Quliyev qeyd edib ki, Milli Şura artıq qarşıdurmalara münasibət bildirməli və bu qarşıdurmaların qarşısını almalıdır.

Mehriban Vəzir isə bu təklifə qarşı çıxıb. O, Rüstəm İbrahimbəyovla bağlı məsələni yenidən gündəliyə salınmasına etiraz edib.

Milli Şura sədri C. Həsənli isə qeyd edib ki, yenidən liderlik məsələsinə qayıtmağa lüzum görmür:

"Mənim öz fikrimə görə, biz yenidən liderlik məsələsinə qayıtmamalıyıq. Burda oturanların əksəriyyəti liderdir. Bu mənim fikrimdir, lakin Milli Şura qərar verməlidir. Milli Şurada bir ənənə var.

Bu ondan ibarətdir ki, biz sessiyalararası müddətdə Milli Şuranı tərk edənlərin Milli Şuradan çıxmasın nəzərə alırıq. Eyni zamanda, quruma müraciət varsa, biz bu müraciətlər baxmalıyıq. Ötən sessiyadan sonra Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti olub.

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlikdən imtina müraciətinə biz baxmalı idik. Ona görə də, biz Rüstəm İbrahimnbəyovun istefa ilə bağlı müraciətini Milli Şurada müzakirəyə çıxararaq münasibət bildirməliyik".(16.40)

***
Milli Şuranın sessiyasında qurumun 91 üzvündən 60 nəfəri iştirak edir.

AzNews.az xəbər verir ki, sessiyanın gündəliyinə Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefası ilə bağlı müraciəti, ictimai-siyasi vəziyyətin dəyərləndirilməsi, Milli Şuranın strukturlaşması, 2014-cü il üçün fəaliyyət proqramı və cari məsələlər daxil edilib. Gündəlik səsə qoyularaq qəbul edilib.(16:51)

***


Bu dəqiqələrdə Milli Şuranın sessiyasında qurumun İdarə Heyətinin yaradılması təklifi səsləndirilib.

Təklifi Milli Şura sədri Cəmil Həsənli irəli sürüb. Hazırda təklif ətrafında müzakirələr başlayıb.(17.13)

***
Milli Şuranın bu gün keçirilən sessiyasında Rüstəm İbrahimbəyov fəxri sədrlikdən istefası barədə müraciətinə baxılıb. Onun istefası barədə müraciət sessiyada səsə qoyulub və qəbul edilməyib.

Mili Şuranın 60 üzvündən 4-ü R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasının əleyhinə səs verib.

Elnur
AzNews.az