Sülhəddin Əkbər: “Milli Şurada hegemonluq etmək olmaz”

"Milli Şurada heç kəs hegemonluq etməməlidir. Qurumdaxili balans qorunmalıdır".


AzNews.az-ın məlumatına görə, bunu Milli Şuranın sessiyasındakı çıxışında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib.

O, təklif edib ki, Milli Şurada partiyaların siyasi maraqları arxa plana keçməlidir.

S. Əkbər bildirib ki, Milli Şuranın bu mərhələdə fəaliyyət istiqamətləri aydınlaşdırılmalı, böhrandan çıxarılması üçün addımlar atılmalı, qurum koordinasiya olunmalı, Məşvərət və Koordinasiya komissiyası yaradılmalıdır.

O, Milli Şurada struktur islahatlarının tez bir zamanda aparılmasını da təkid edib.

ADP sədri təkliflərini Milli Şuranın sədri Cəmil Həsənliyə təqdim edib.

AzNews.az