“Müsavat Milli Şuradan müxalifətçi kimi getmədi”- Fuad Qəhrəmanlı


"Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi tərk etmədi".


AzNews.az-ın məlumatına görə, bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuranın sessiyasındakı çıxışı zamanı deyib.

O bildirib ki, Müsavat Partiyası müxalifəti dağıdan, ona zərbə vuran təşkilat kimi Milli Şuradan ayrıldı: "Cəmiyyət Müsavat Partiyasının Milli Şuradan çıxmasını qınayıb. Müsavatın Milli Şuradan qoparılması qurumu zəiflətmək idi".

F. Qəhrəmanlı Milli Şurada yenidən strukturlaşma aparılması təklifi ilə də çıxış edib.

AzNews.az