19:57
(077) 610-22-33

“Eldar Namazov Milli Şuradan çıxacağını açıqlayacaq”

  • >
473 16 Yanvar 2014 17:05 | Siyasət

"Eldar Namazovdan başqa "El" hərəkatının bütün üzvləri Milli Şuranın sesiyasında iştirak edir".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının üzvü Rövşən Əhmədli bildirib.

Onun sözlərinə görə, E. Namazov yas mərasimində olduğundan sessiyaya qatıla bilməyb.

Adının açıqlanmasını istəməyən "El" hərəkatının digər üzvü isə AzNews.az-a açıqlamasında deyib ki, E. Namazov Milli Şuranın bu günkü sesiyasına qatılmayacağını əvvəlcədən bəyan etmişdi:

"Hətta buna səbəb kimi o, xəstə olduğunu və ev şəraitində müalicə edildiyini qurum üzvlərinə də bildirib. Amma biz bilirik ki, yaxın günlərdə Eldar Namazov Milli Şuradan çıxacağına dair qərarını da açıqlayacaq".

Qeyd edək ki, Milli Şuranın hazırda keçirilən sessiyasında da Eldar Namazov iştirak etmir.

Elvin
AzNews.az
Bağla X