Deputat: “Səfirlərin narazı fikirləri köhnə havalardır”


"QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə təklif olunan son dəyişikliklərlərlə bağlı narahatlıq başa düşüləndir. Çünki biz ölkədə sabitliyin pozulmasına imkan yaratmaq istəmirik. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın və digər Avropadan olan səfirlərin narazı notlarla bu yöndə olan fikirləri köhnə havalardır".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin insan hüquqları
komitəsinin sədr müavini, deputat Yevda Abramov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra QHT-hökumət münasibətləri ilə bağlı daim tənqidə məruz qalsaq da digər dövlətlərlə müqayisədə çoxlarından üstün bir məqamda yer almışıq: "Avropadan Azərbaycanda QHT-lərin yaradılmasını dedilər. Biz ölkədə saysız hesabsız QHT-lər yaratdıq. Bunun üçün bütün qanunları qəbul etdik. Amma buna baxmayaraq biz yenə də tənqid olunuruq".

Y. Abramov əlavə edib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystri haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondler) haqqında" qanunlara edilən dəyişiklik də ölkədə sabitliyin təmini üçün həyata keçirilib: "Biz QHT-lərin haradan maliyyələşdiyini bilməliyik.

Çünki bəzən onlar maliyyənin mənbəyini gizlədirlər. Bu qanun qəbulunun cəmiyyətə ziyanı yoxdur. Elə təşkilatlar var ki, gizli maliyyələşərək ölkədə narahatlıq yaratmaq istəyiblər. Arı pətəyində durur ki, digər arılar gəlib onun balını yeməsin. Biz də imkan verməyəcəyik ki, kənar qüvvələr bizim balımızı oğrasınlar.

Məgər, belə qanunlar qəbul etməklə demokratiyanı pozuruq? Xeyr. Məqsədimiz ölkədə sabitliyi qorumaqdır".

Amid
Aznews.az