Cəmil Həsənlinin təklif etdiyi şəxslərin- Siyahısı

Cəmil Həsənli qurum daxilindəki təşkilatların, siyasi partiyaların idarə edilməsi üçün Koordinasiya Şurasının tərkibində təmsil olunacaq şəxslərlə bağlı təkliflərini verib.

"Qafqazinfo" xəbər verir ki, Cəmil Həsənli Koordinasiya Şurası üzvlüyünə aşağıdakılar şəxsləri təklif edib. Rüstəm İbrahimbəyov, Mirmahmud Fəttayev, Eldar Namazov, Əli Kərimli, Sülhəddin Əkbər, Nidaçılar, professor Əli Abbasov, professor Kamil Vəli Nərimanoğlu, professor Hacıbaba Əzimov, hüquqşünas Fuad Ağayev, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Nurəddin Mustafayev, Rafiq Manaflı, Leyla Yunus, İbrahim İbrahimli, Mehman Əliyev, Cəmil Həsənli.

Qeyd olunan siyahıda Eldar Namazov, Sülhəddin Əkbər işlərini çoxluğu ilə qurumda təmsil olunmaqdan imtina edib. Beləliklə Milli Şuranın Koordinasiya orqanı yaradılıb.

AzNews.az