14:38
(077) 610-22-33

Milli Şuranın daha iki üzvü istefa verdi

  • >
377 16 Yanvar 2014 21:13 | Siyasət

EL hərəkatının idarə heyətinin üzvü olan Köçəri Nağıbəyli və Rahim Bağırov birliyi tərk etdilər

Milli Şuranın daha iki qurucu üzvü bu birliyi tərk edib. AzNews.az Musavat.com-a istinadən bildirir ki, EL Hərəkatının İdarə Heyətinin iki üzvü -Köçəri Nağıbəyli (həm də EL sədrinin müavinidir) və Rahim Bağırov(EL-in təşkilat şöbəsinin müdiridir ) bu qurumdan istefa verdiklərini bildiriblər.

K. Nağıbəyli deyib ki, bunun səbəbləri var: "Mən bugünkü sessiyanın gedişindən razı qalmadım və oranı yarımçıq tərk etdim. Düşündüm ki, bundan sonra zamanımı EL hərəkatının təşkilatlanmasına həsr etsəm, daha faydalı iş görmüş olaram. Rahim bəy də EL hərəkatının təşkilat şöbəsinin müdiridir. O da hesab edir ki, EL-in problemləri və təşkilatlanması işinə daha çox diqqət ayırmalıdır".

Beləliklə, özünü toparlama və Müsavat Partiyasına qarşı bir növ revanş göstərmə sessiyası olan 16 yanvar toplantısı da Milli Şuranı istefalardan qoruya bilmədi. Hətta Rüstəm İbrahimbəyovun Milli Şuranın yenidən başında qalması da bu qurumdan qopmaların qarşısını ala bilmir.

AzNews.az
Bağla X