14:04
(077) 610-22-33

Fuad Qəhrəmanlı: “Milli Şurada böhran olmadı”

  • >
559 17 Yanvar 2014 08:56 | Siyasət


"Milli Şuranı salmaq istədikləri böhran alınmadı".


AzNews.az-ın məlumatına görə, bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.

F. Qəhrəmanlı deyib ki, Milli Şuranın ötən gün keçirilən sessiyasında iştirakçıların sayı indiyə qədərki toplantılardan daha yüksək olub:

"Milli Şura çoxdan bəri yubanan bir məsələni də həll etdi. Qurumun rəhbər orqanı - Kordinasiya Şurası yarandı və seçildi. Fəaliyyət istiqamətləri qəbul edildi. Yola davam. Qarşıda ölkədə demokratik dəyişikliklər etmək kimi böyük və çətin bir vəzifə durur. Cəmiyyətin demokratik potensialını və ictimai narazılığı Milli Şura ətrafında təmərgüzləşdirib. Demokratik dəyişiklikləri yaxınlaşdırmalıyıq".

Qeyd edək ki, yanvarın 16-da Milli Şuranın sessiyası keçirilib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X