Elmar Məmmədyarov və erməni nazir gələn həftə görüşəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə Fransanın paytaxtı Parisdə görüşəcəklər. Bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

Görüşdə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər.

Nazirlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

AzNews.az