23:28
(077) 610-22-33

Milli Şurada casus axtarışı – Qalmaqal

  • >
494 17 Yanvar 2014 10:43 | Siyasət

"Milli Şuranın bəzi prinsipial məsələləri məni qane etmir. Onların heç biri ilə razılaşmıram".




Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü Mehdibəy Səfərov deyib.

Onun sözlərinə görə, bu gün Milli Şuradan çıxacağı ilə bağlı bəyanat verəcək: "Bu məsələlərlə bağlı bəyanat verəcəyəm. Milli Şuranın üzvü Hacıbaba Əzimov dünən keçirilən sessiyada çıxış etməyib. Mən onun Milli Şuranın rəhbərliyində təmsil olunmasının da əlehinə olmuşam.

Hacıbaba Əzimov Azərbaycanda cağdaş cəmiyyətin quruculuğunda, insan haqlarının tanınmasında, demokratik proseslərdə əlehinə çıxış edib. Mən istəmirəm ki, o, Milli Şuranın rəhbərliyində təmsil olunsun. O, həmişə mətbuata açıqlamasında Milli Şurada xarici ölkəyə işləyənlərin olduğunu deyib. Mən ondan xahiş edirəm ki, belə adamların adını açıqlasın. Amma Hacıbaba Əzimov bu adamların adını demir".

M. Səfərov bildirib ki, Hacıbaba Əzimov Azərbaycanda milli birliyin əlehinə olan insandır:

"Biz Azərbaycanda ümumu birlik olmasını istəyirik. Bu barədə dünənki Milli Şuranın sessiyasında da dedim. Hacıbaba Əzimov isə Azərbaycanda bölücülüklə məşğuldur. Beləliklə də, xalqlar arasında nifaq toxumu səpir. İstəyir ki, öz əməllərini başqasının üstünə yıxsın. Bu da onda alınmayacaq".

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyasında qurum üzvü Mehdibəy Səfərov digər həmkarı Hacıbaba Əzimovun Şuranın Koordinasiya Şurasında təmsil olunmasının əleyhinə çıxış edib:

"Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır. Milli-etnik münaqişə yaradan adam buranın üzvü ola bilməz. Hacıbaba Əzimov Milli Şurada olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib. Bunların adını açıqlasın".

Bahar Rüstəmli
AzNews.az
Bağla X