Asəf Quliyev: “Elçibəy yolunu davam etdirə bilmədik”


"Xalq Əbülfəz Elçibəyi qəbul edirdi. Təəssüf ki, Elçibəy yolunu davam etdirə bilmədik".


AzNews.az xəbər verir ki, bunu "Xalq Arzusu" Hərəkatının sədri Asəf Quliyev bildirib.

O deyib ki, xalqa sahib çıxıb onu ağ günə çıxartmaq, xoşbəxt həyat bəxş etmək üçün öncə millət sevgisi və səmimiyyət əsas şərtdir:

"Bunlara malik olmayanlar geniş xalq kütləsini yox, müəyyən biri qrupu öz ətrafında toplaya bilərlər. Xalqın dəstəyini qazanmayan qüvvə nə qədər mübarizə aparsa da hədəfə çata bilməz".

Bahar Rüstəmli
AzNews.az