Gültəkin Hacıbəyli də AXCP-Müsavat davasına qoşuldu

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin cavab Cəmil Həsənliylə bağlı dediklərinə bir cümlə ilə cavab verib.

AzNews.az-ın məlumatına görə, Gültəkin Hacıbəyli öz "facebook" səhifəsində yazıb: "Üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirən Cəmil Həsənli niyə bu prosesdən çəkilməli idi?"

Xatırladaq ki, Cəmil Həsənli AzNews.az-a müsahibəsində Milli Şuraya qarşı yönələn "qara-piar" haqda danışarkən bildirmişdi ki, Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini "Yeni Müsavat" qəzeti aparır.

İkram İsrafil isə C.Həsənlinin bu açıqlamasına təəssüfünü bildirmişdi və AzNews.az vasitəsilə müəyyən tövsiyələr vermişdi: "Siz üzərinizə düşən missiyanı ləyaqətlə həyata keçirdiniz. Bundan sonra Cəmil müəllim, bu prosesdən çəkilməli və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydınız".

AzNews.az