Müsavatdan İbrahimbəyovun ittihamlarına CAVAB

"Bu cür ittihamların heç bir əsası yoxdur. Rüstəm müəllim və onun kimilər də çox gözəl bilir ki, Müsavat Partiyası heç vaxt öz prinsiplərindən geri çəkilməyib və çəkilməz də".


Bunu AzNews.az-a Müsavat partiyasının Məclis üzvü Razim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov Milli Şurada fəxri sədr kimi qalması Rusiyanın maraqları ilə baş tutub: "Rüstəm müəllim bu hakimiyyətin həmişə adamı olub. Bu gündə hakimiyyətə yaxın insanlarla dostluq edir.

Hətta mən deyə bilərəm ki, Rüstəm müəllimin Fəxri sədrlikdə qalması Rusiyanın, eyni zamanda hakimiyyətə yaxınlığı ilə seçilən və Rusiyada yaşayan bəzi şəxslərin Milli Şuraya təsir imkanlarını artıra bilər. Müsavat Partiyası həmişə xalqın maraqlarından çıxış edib və heç vaxt bu maraqlardan bir addım belə geri çəkilə bilməz".

Xatırladaq ki, Rüstəm İbrahimbəyov son yazısında Müsavat Partiyasının Milli Şuradan çıxmaqla hakimiyyətə yaxınlaşmaqda ittiham edib.

Bahar Rüstəmli
AzNews.az