16:53
(077) 610-22-33

ABŞ Tehran sammitindən narahatdır

  • >
593 17 Avqust 2012 11:58 | Siyasət

ABŞ Dövlət Katibliyi rəsmi şəkildə ölkəsinin İranda Tərəfsizlər Sammitinın keçirilməsindən narahatlığını bəyan edib.

AzNews.az-ın məlumatına görə, ABŞ Dövlət Katibinin sözcüsü Viktoriya Noland mətbuat konfransında çıxış edərək Tehran hakimiyyətinin dəfələrlə beynəlxalq qaydaları pozduğunu və BMT qərarlarına əməl etmədiyini vurgulayıb: "Biz Tehranın Tərəfsizlərin Sammitinin keçirilməsi üçün münasib yer olmadığı qənaətindəyik".

Tərəfsizlərin Tehranda keçiriləcək sammitində 30 ölkə başçısı iştirak edəcək. İran bu sammiti özünün diplomatik uğuru kimi dəyərləndirir və qərblə qarşıdurmasında böyük müvəffəqiyyət hesab edir.

Alpər
AzNews.az

Bağla X