18:45
(077) 610-22-33

Müsavatdan Yeganə Hacıyevaya İTTİHAM

  • >
208 21 Yanvar 2014 15:21 | Siyasət

Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşə qatılmamasının səbəbi məlum olub.

Müsavat Partiyasının mətbuat xidmətindən verilən xəbərə görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib, lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb.

Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən - yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib.

Partiyanın mətbuat xidmətindən bildirib ki, başqanın keçmiş köməkçisi dedikdə, Yeganə Hacıyevavı nəzərdə tutublar. "Avropa Şurasının Bakıdakı nümayəndəliyindən də partiyaya bildirilib ki, dəvət məktubunu Yeganə Hacıyevaya veriblər", - deyə partiyadan bildirilib.

Y. Hacıyeva isə açıqlamasında İ. Qəmbərin həmməruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona hər hansı məlumat verilmədiyini söyləyib: "Nə baş verdiyi mənə məlum deyil. İstefamdan sonra mənə beynəlxalq təşkilatların Azərbaycandakı qurumlarından Müsavat Partiyasını hər hansı görüşə dəvətlə bağlı müraciət olmayıb. Çünki beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri mənim istefamdan xəbərdardırlar. Hətta beynəlxalq təşkilatlardan hər hansı birindən mənə belə müraciət olsaydı, istənilən halda Müsavat Partiyasını xəbərdar edərdim. Mən 8 il Müsavat Partiyasının üzvü olmuşam".(apa)
Bağla X