16:02
(077) 610-22-33

Mikayıl Cabbarovu Rafael Allahverdiyevlə nə bağlayır?

  • >
13 473 17 Avqust 2012 13:53 | Siyasət

Dövlət Tarix-Memarlıq Qoruğunun direktorunun Fərhad Əliyevlə də biznes ortaqlığı bəlli oldu


Türkiyənin məşhur "Hürriyet" qəzetinin köşə yazarı Fatih Çekirgenin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarova həsr etdiyi yazısı Azərbaycan mətbuatının gündəmini zəbt edib. Öncə onu bildirək ki, yazar iddia edir ki, Mikayıl Cabbarov ailəsi ilə bərabər Barselonaya uçarkən stüardessadan ekonom-klassda əyləşən bir sərnişini bizness-klassa keçirməsini tələb edib.


Stüardessa qanunsuz olduğuna görə bundan imtina edib. M.Cabbarov isə stüardessaya "siz mənim kim olduğumu bilirsinizmi" deyərək, onu işdən çıxartdıracağı ilə hədələyib. Köşənin dərcindən sonra M.Cabbarovun geniş bir yazısı meydana çıxdı. Həmin yazıda M.Cabbarov bir neçə məqama toxunaraq, F.Çəkirgənin ona böhtan atdığını və buna görə də məhkəməyə müraciət edəcəyini bildirib.


Yazı kifayət qədər əsaslandırılmış və inandırıcı yazılıb. Amma Türkiyənin nüfuzlu bir imzasının yalan yazması, kimisə şərləməsi də heç cür inandırıcı ola bilməz. Odur ki, məsələnin əslində necə olması hər kəsin marağına səbəb olub.

Və burda bir məqam da var... Məsələnin çeynənmiş hissəsindən danışmayaq. Bu haqda bir çox media orqanları artıq geniş yazılar yazıb. Amma xeyli maraqlı olan başqa məqamlar var.


Belə ki, Mikayıl Cabbarov bildirir ki, o, 5 nəfər ailə üzvü ilə birlikdə beznes-klassda istirahətə gedirmiş. Cəmiyyətdə isə belə bir sual doğur: O , hansı vəsaitlə biznes-klassda ailsi ilə birlikdə dünyanı gəzir, istirahət edir? Onun rəsmi əmək haqqının cəmi min manat olması bildirilir. Bu pulla isə 5 nəfərlə iki-üç uçuş etməkdən ötrü gərək ən azı 1 illik əmək haqqını toplamaq lazımdır.


Bu arada AzNews.az-a Mikayıl Cabbarovun şəxsi biznesi ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Mikayıl Cabbarovun həyat yoldaşı Nigar xanım və baldızı Nailə xanım keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məşhur "Prestij" mağazalar şəbəkəsinin qızıl sektoruna nəzarət edirdilər. Mikayıl Cabbarov isə o dövrdə Fərhad Əliyevin müavini imiş. Bakı Şəhərinin sabiq meri rəhmətlik Rafael Allahverdiyevin gəlini ilə Nigar xanımın Azərbaycan kinoteatrının yaxınlığında yerləşən məşhur "Nafnaf" adlı şərikli obyekti var. Bundan əlavə, Nigar xanımın Xalçaçılıq muzeyinin arxasında qızıl-brilyant satışı mağazası fəaliyyət göstərir.

Bütün bunlar M. Cabbarovu hansı vəsaitlə yüksək klasslarda uçduğunu, istirahət etdiyinə aydınlıq gətirir, amma əsas məsələ hələ ki, sual olaraq qalır.

S.Xasmamedov

AzNews.az

Bağla X