Tacikstanla Rusiya razılığa gələ bilmirlər Tacikstanla Rusiya razılığa gələ bilmirlər

“Manas” qalmaqalı böyüyür

Tacikstanla Rusiya razılığa gələ bilmirlər


Rusiyanın Tacikistanda yerləşən "Manas" hərbi bazası ilə bağlı tərəflər heç cür razılığa gələ bilmirlər. Rusiya 49 illiyə müqaviləni yeniləmək istəsədə Tacikistan tərəfi bu müddəti çox uzun hesab etdiyindən razılıq vermir.


AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, Tacikistan baza ilə bağlı yeni təkliflə çıxış edib. Tacikistan təklif edir ki, hər iki tərəfi qane edən son razılaşma qəbul olunana qədər müqavilə 2 il müddətinə uzadılsın və hər il yenidən təzələnsin.


Qeyd edək ki, Rusiya ilə Tacikistan arasında "Manas" hərbi bazasının taleyi ilə bağlı mübahisələr bir müddətdir ki, davam edir. Səbəb isə Rusiya tərəfindən bazaya görə ödənilən məbləğin azlığı, müddətin isə uzun olması göstərilir.


Xatırladaq ki, Tacikistan tərəfi ilk əvvəl Rusiyadan bazanın icarə haqqını xeyli artırmağı tələb etmişdi. Rusiya isə bu məbləği ödəməkdən imtina edir. Rusiya üçün yeganə məqbul variant müqavilənin 49 illiyə və münasib icarə haqı ilə uzadılmasıdır.

"Manas" hərbi bazası 2004-cü ildə açılıb və 10 illik müqavilənin müddəti 2014-cü ildə bitir. Bazanın statusu ilə bağlı müzakirələr isə 2008-ci ildən başlayıb və hələ də yekunlaşmaq bilmir.

Sadiq

AzNews.az