İlham Əliyev Jan Pyer Talamoni ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın "Airbus Group International" şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu.
Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.(Trend)