İlham Əliyev Şimon Pereslə görüşdü

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub.

Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (AzərTac)