İsa Qəmbər isveçrəli diplomatla görüşdü

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbər İsveçrənin Cənubi Qafqaz diplomatik missiyasının birinci katibi Kevin Tait ilə görüşüb.

Görüşdə 2013-cü il Prezident seçkiləri, 2013-cü ilin yekunları, 2014-cü ildə demokratiyanın inkişafı istiqamətində görüləcək işlər, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının perspektivləri, Azərbaycanda insan haqlarınının vəziyyəti, siyasi məhbuslar və digər mövzular müzakirə olunub.

Görüşdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı da iştirak edib.

AzNews.az