19:03
(077) 610-22-33

“Azərbaycan xalqının qəzəbi ilə oynamayın!” – Bayram Səfərov

  • >
1 366 23 Yanvar 2014 15:44 | Siyasət

“Sizi heç kəs müdafiə etməyəcək”




"Ağıllı olun ki, sonra başınız ağrımasın. Azərbaycan xalqının qəzəbi ilə oynamayın. Sizi heç kəs müdafiə etməyəcək".


Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son iki gündə Ermənistan hərbi birləşmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulmasına münasibət bildirərkən deyib. Ermənistanın rəhbərliyini ittiham edən B. Səfərov ermənilərə ismarış da göndərib:

"Qarabağ icması ermənilərin bu hərəkətlərini pisləyir və lənətləyir. Ermənistan hakimiyyətinin səhvi ucbatından erməni xalqı da əziyyət çəkəcək. Onlar bu əməllərindən əl çəkməlidirlər. Azərbaycan ordusu onların fikirləşdiyi silahlı qüvvələr deyil. Burdan Ermənistan rəhbərliyinə bir daha müraciət edirəm və ağıllı olmağa çağırıram".

B. Səfərov bildirib ki, Ermənistan kimin kölgəsində gizlənməsindən asılı olmayaraq, Azərbaycanın qəzəbinə tuş gələcək.

Xatırladaq ki, yanvarın 23-də saat 13.45-dən başlayaraq, erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X