Son 35 ildə bir ilk: İran və İsrail bir masada



İran prezidenti Həsən Ruhaninin Davosda keçirilən forumda çıxışı inqilabı xarakter daşıyaraq bütün iştirakçıları təəccübləndirib.

AzNews.az NTV-yə istinadən xəbər verir ki, prezidentin çıxışını "inqilabi çıxış" kimi dəyərləndirənlər var.
Ruhani bildirib ki, ölkəni böyük demokratik dəyişikliklər gözləyir.

İran prezidenti ölkəsinin nüvə çalışmalarına da toxunaraq İranın təhlükəsizlik strategiyasında nüvə silahına yol olmadığını, bununla belə dinc məqsədlər üçün nüvə proqramının İranın haqqı olduğunu vurğulayıb.

Bəzi məlumatlara görə, bu gün İsrail baş naziri ilə İran prezidentinin ilk dəfə bir masa ətrafında müzakirələrə əyləşəcəyi gözlənilir. Görüş ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə keçiriləcək.

Elnarə
AzNews.az