“Mən SOS siqnalını verdim” “Mən SOS siqnalını verdim”

“Yeni Müsavat“ qəzeti bağlanır

“Mən SOS siqnalını verdim”



"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbərlik etdiyi mətbu orqanı bağlamaq istəyir.


Modern.az saytının xəbərinə görə, bu barədə Rauf Arifoğlunun özü məlumat verib. O, son vaxtlar qəzet satışına törədilən süni əngəllərdən şikayətlənib:

"Azərbaycanda yazılı mətbuat ölür. Buna görə də gələn aydan "Yeni Müsavat" qəzetini bağlamaq məcburiyyətindəyik".

Rauf Arifoğlunun sözlərinə görə. 25 illik tarixə malik olan "Yeni Müsavat" qəzeti indi yayımla bağlı problemlərə görə hər ay 40 min manatdan çox vəsait itirir.

"Mən SOS siqnalını verdim" deyə baş redaktor bildirib.

AzNews.az