08:12
(077) 610-22-33

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə görüşü olub

  • >
958 24 Yanvar 2014 22:13 | Siyasət

ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində danışıqların bərpa edilməsi üçün Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüb.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirləri və həmsədrlər ötən il Noyabrın 19-da Vyanada və Dekabrın 5-də Kiyevdə keçirilmiş nazirlərin görüşünün davamı olaraq sülh prosesini inkişaf istiqamətində substantiv məsələlər haqqında müzakirələr aparıblar. Nazirlər bir daha sülh və danışıqlar həll yoluna olan istəklərini ifadə ediblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşdə iştirak edib. Kasprşik sərhəddə və təmas xəttində baş verən son yeniliklər barədə həmsədrlərə qısa məlumat verib. Həmsədrlər regionda zorakılıq hallarının davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edib və son baş verən hadisələrin danışıqların və sülh perspektivlərini zədələdiyini qeyd ediblər. Onlar tərəfləri tam və qeyd-şərtsiz atəşkəs barəsində razılaşmanın şərtlərinə riayət etməyə çağırıblar.

Həmsədrlər qarşıdakı həftələrdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmək məqsədilə regiona səfər etməyi planlaşdırırlar.


AzNews.az
Bağla X