Milli Şurada dəyişiklik


Milli Şuranın Komissiya üzvlərinin iştirakı ilə iclas keçiriləcək.

Milli Şuranın Hüquq komissiyasının sədri Vidadi Mirkamalın AzNews.az-a verdiyi məlumata görə, yaxın saatlarda başlayacaq toplantıda Milli Şuranın yeni komissiyaların yaranması məsələsi əsas müzakirə mövzusu olacaq.

O qeyd edib ki, qurumda struktur islahatları əsas müzakirə predmeti olacaq. İclasda İnsan haqlarının müdafiəsi, Qadın və Gənclər komitələri yaradılacaq. Həmçinin bu komitələrə rəhbərlər seçiləcək.

Bahar Rüstəmli
AzNews.az