16:02
(077) 610-22-33

Orxan Pamukdan şok siyasi açıqlama

  • >
1 288 18 Avqust 2012 09:53 | Siyasət

Türkiyədəki burjuaziya onu əsəbiləşdirir



"Nobel" mükafatı sahibi türkiyəli yazıçı Orxan Pamuk alman jurnalına müsahibəsində maraqlı açıqlamalar verib. Xezerxeber.com türk mediasına istinadən xəbər verir ki, Almaniyada həftəlik yayımlanan "Die Zeit" qəzetinə müsahibəsində Pamuk mübahisə doğuracaq mövzulara toxunub.

Pamuk deyib ki, özlərini xalqdan üstün görən və ölkəsinin insanlarına nifrət edən "yuxarı sinfə" qarşı dözümsüzdür. Yazıçı deyib ki, Türkiyədəki burjuaziya onu əsəbiləşdirir. Həm dünyaya və həyata baxışları dardır, həmdə eqoistdirlər: "Qürurları və bu həyasız rəftarlarından iyrənirəm".

Türkıyinın yuxarı sinfini hərbi çevrilişlər və kürd probleminin həllində passivliyini də tənqid edən yazıçı, pis rəftarın bu insanları narahat etmədiyini vurğulayıb. Türkiyədə bir çoxlarının başı örtüklü qadınlara yuxarıdan aşağı baxdığını da qeyd edən məşhur yazıçı Orxan Pamuk, burjuaziyanın bu davranışını keçmişdə Cənubi Afrikada ağların qaradərililərə qarşı rəftarına bənzədib.

AzNews.az
Bağla X