15:23
(077) 610-22-33

Eldəniz Quliyev Eldar Namazova irad tutdu

  • >
1 029 27 Yanvar 2014 14:05 | Siyasət


"Eldar Namazovun istefa xəbərini mətbuatdan oxudum və buna təəssüfləndim".


Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. Onun fikrincə, demokratiya yolunda aparılan mübarizədə kiminsə istefa verməsi çıxış yolu deyil:

"Eldar Namazov istefa versə də "El" hərəkatından Milli Şurada təmsil olunanların sayı çoxdur. Kimdənsə, nədənsə narazıyamsa mübarizə aparmalıyam. Demokratiyaya keçidi təmin etmək, hakimiyyəti demokratik islahatlara məcbur etmək yolu mübarizədən keçir. Hamımız toparlanmalı və bir yerdə çiyin-çiyinə mübarizə aparmalıyıq. Kiminsə harasa getməyi, istefa verməyi çıxış yolu deyil ki".

Xatırladaq ki, "El" hərəkatının sədri Eldar Namazov Milli Şuradan istefa verməyi ilə bağlı bəyanat verib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X