Səməd Seyidov yenidən AŞPA vitse-prezidenti seçilib

Bu gün AŞPA-nın qış sessiyasında quruma sədr seçilməsindən sonra Assambleyanın vitse-prezident postuna seçkilər keçirilib.

APA-nın məlumatına görə, AŞPA-ya bu gün 19 vitse-prezident seçilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən vitse-prezident postuna seçilib.


AzNews.az