Anar Nağılbaz müxalifətdən təklif gözləyir

"Hələ heç bir partiyanın,təşkilatın üzvü deyiləm, amma "Real"dan belə bir təklif gələrsə fikirləşərəm, düşünməyinə dəyər".


Bunu AzNews.az-a açıqlamasında reper Anar Nağılbaz deyib.

Onun sözlərinə görə, bu günə qədər dostluq münasibətində olduğu insanların layihə və təqdimatlarında iştirak edib:

"Çünki mən dostluğu partiyalara, təşkilatlara bölmürəm və millətin, dövlətçiliyin əsas aspektləri mənimçün önəmlidir. Mən bu gün "Real"çı gənclərin arasındayam. Ona görə ki, burda fikir ayrıseçkiliyi yoxdur. Hər kəsin müxtəlif hadisələrə müxtəlif fikri ola bilər və "Real" bu düşüncə azadlığını məhdudlaşdırmır.

Əksinə demokratik praktikanın reallaşmasının tərəfdarıdırlar. Mən heç kimi heç yerə öz ardımca darta bilmərəm. Gənclər özləri öz doğru məkanlarını seçməlidirlər və yaxud seçməməlidirlər, necə ki, edirlər. Çünki ixtisası seçəndə də özləri düşünürlər və ya ata fikri, pulu ilə oxuyurlar".

Bahar Rüstəmli
AzNews.az