Elmar Məmmədyarov Almaniyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-dən fevralın 2-dək keçiriləcək Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

AzNews.az-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində E.Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

AzNews.az