Hökumətdən müharibə ismarışı: “Biz tam hazırıq”

"Cəbhə xəttində Ermənistanın təxribatları əsasında baş verən hadisələr və onların nəticələri Azərbaycanın müharibəyə kifayət qədər yüksək hazırlıqda olduğundan xəbər verir".


AzNews.az-ın məlumatına görə, bunu jurnalsitlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Qoşunların təmas xəttində baş verən hadisələrə münasibət bildirən Ə. Əhmədovun sözlərinə görə, erməni tərəfindən verilən reaksiyalar da Azərbaycan ordusunun hazırlığını bir daha təsdiq edir:

"Qəti şəkildə deyə bilərəm ki, Azərbaycan müharibəyə hazırdır. Ermənilər cəbhə xəttində vəziyyəti gərginləşdirməklə öz ölkələrindəki narazılıqların qarşısını almağa çalışır. Bununla da ermənilər daxili narazılıqlardan vətəndaşlarının fikrlərini yayındırmaq üçün cəbhə xəttində təxribat etməyə çalışırlar. Azərbaycan isə bu təxribatlara layiqincə cavab verir".

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın hərbi gücü öz ərazilərini istənilən vaxt işğaldan azad etməsinə imkan verir.

Amid
AzNews.az