21:09
(077) 610-22-33

Lavrov və Əsəd ABŞ prezidentinə cavab verdi

  • >
1 208 22 Avqust 2012 08:18 | Siyasət

Qədri Cəmil: “Qərb Suriyaya hücum etmək üçün bəhanə axtarır”



Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidentinə ultimatum sayağı cavab verdi. Lavrov çinli diplomatla görüşündən sonra bildirib ki, "Moskva və Pekin o qənaətdədir ki, beynəlxalq hüququn normalarına ciddi əməl edilməlidir və pozulmasına heç bir halda yol verilə bilməz".


AzNews.az aljazeera.com saytına istinadən xəbər verir ki, Moskvada səfərdə olan Suriya baş nazirinin müavini Qədri Cəmil də məsələyə münasibət bildirib və qeyd edib ki, Obamanın bəyanatı yalnız KİV-lər üçün əhəmiyyətli ola bilər. Qədri Cəmil mətbuat konfransında həmçinin bildirib ki, "Suriyaya birbaşa hücum kimin bu fikirdə olmasından asılı olmayaraq mümkünsüzdür. Suriyaya birbaşa qarşı gəlmək bu ölkə sərhədlərini də aşan müharibə demək olacaq".


Q.Cəmil mətbuat konfransında bioloji və kimyəvi silah məsələsinə də aydınlıq gətirib və bildirib ki, Qərb Suriyaya hücum etmək üçün bəhanə axtarır. "Bu metod bizə tanışdır. Onlar 2003-cü ildə eyni ittihamı Səddam rejiminə qarşı irəli sürdülər. Nə oldu? Məlum oldu ki, heç bir kütləvi qırğın silahı yoxdur".


Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bildirmişdi ki, Suriya kimyəvi və ya Bioloji silahdan istifadə edərsə ABŞ-ın bu ölkəyə birbaşa hərbi müdaxiləsindən başqa yol qalmayacaq.


Sadiq

AzNews.az

Bağla X