Türkiyədə etiraz aksiyasında toqquşma...

Qaziantepdə törədilən teror aktına etiraz olaraq BDP binası qarşısında 100 nəfərlik kütlə etiraz aksiyası keçirib. Onlar partiya və PKК əleyhinə təhqirlər yağdırıblar.


AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəzəbli kütlə partiyanın Cümhuriyyət məhəlləsində yerləşən binası önündəki plokatları cırıblar.


Daha sonra daş və ağaclarla binanın pəncərələrini sındırıblar. Bir neçə nəfər isə molotov kokteyli ataraq binanı yandırmağa cəhd göstərib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları yanğını söndürməyə müvəffəq olublar.


Daha sonra qəzəbli kütlənin binanın yaxınlığından uzaqlaşdırıldığı və təhlükəsiz tədbirlərinin görüldüyü qeyd edilir.


Xatırladaq ki, dünən PKK terrorçuları tərəfindən Qaziantepdə avtomobilə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 9 nəfər həyatın itirmişdi.

Sadiq

AzNews.az