21:08
(077) 610-22-33

Meksikada “Xocalı” meydanı açıldı

  • >
422 23 Avqust 2012 10:59 | Siyasət

Meksikanın Tlakskoake meydanına "Xocalı"adı verilib. Bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Abdullayev bildirib ki, Xocalı meydanında təmir-bərpa işləri başa çatıb və orada faciə qurbanlarının xatirəsinə abidə ucaldılıb.

O bildirib ki, Meksika-Azərbaycan dostluq parkında ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub. Abdullayevin sözlərinə görə, abidənin açılış mərasimində Azərbaycan baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirlərdə Meksika rəsmləri, Meksika Deputatlar Palatasının beynəlxalq komitəsinin sədri For Firio Munios iştirak edib. Eyni zamanda tədbirdə 1982-ci ildə Heydər Əliyev Meksikada olarkən görüş keçirdiyi rəsmi dövlət xadimləri qatılıblar. "Mexiko şəhərinin meri çıxışında Azərbaycan üçün ayrılmış yerin ümummilli liderə və Azərbaycan xalqına layiq olduğunu deyib", Abdullayev deyib.

AzNews.az
Bağla X