Rəsul Quliyev: «Mən şəxsiyyəti, kimliyi və dediyi sözün mənasını bilməyən adamlara cavab vermək istəmirəm» Rəsul Quliyev: «Mən şəxsiyyəti, kimliyi və dediyi sözün mənasını bilməyən adamlara cavab vermək istəmirəm»

Rəsul Quliyev “liderlik” missiyasını itirib?

Rəsul Quliyev: «Mən şəxsiyyəti, kimliyi və dediyi sözün mənasını bilməyən adamlara cavab vermək istəmirəm»



ACP lideri Rəsul Quliyevin AzNews.az-a verdiyi müsahibə müxalifət düşərgəsində, xüsusilə AXCP və Müsafat partiyalarında ciddi reaksiya ilə qarşılanıb. Sözügedən partiya funksionerləri əsl müxalifət lideri adını daşımağa daha çox Əli Kərimli və İsa Qəmbərin layiq olduğunu, Rəsul Quliyevin isə bu missiyanı okeanın o tayına gedən vaxtan itirdiyini şərh edirlər.

Məsələyə bağlı münasibət bildirən Rəsul Quliyev verilən şərhlərdə ciddi məna görmədiyi üçün onları cavablandırmağı mənasız sayıb: "Mən şəxsiyyəti, kimliyi və dediyi sözün mənasını bilməyən adamlara cavab vermək istəməzdim.

Siyasətçi öz opponentinə, heç olmasa opponentlik etmək istəyənlərə cavab verər, hər deyilən atmaca sözə yox. Mən Azərbaycanda "fasebook" ,"Yuotube" və "bloqda" ölkənin gələcəyi və bu günü ilə əlaqədar çox saylı sualları cavablandırsam da, mənasız danışıqlara məntiqlə yanaşmağa sadəcə olaraq fiziki gücüm çatmaz".

Tahirə Qafarlı
AzNews.az