06:39
(077) 610-22-33

İctimai Palata ordudakı vəziyyəti müzakirə etdi

  • >
476 23 Avqust 2012 14:22 | Siyasət

İctimai Palata (İP) Müsavat Partiyasının qərargahında Azərbaycan Silahlı Qüvvələrindəki mövcud vəziyyətlə bağlı dəyirmi masa keçirib. Palatadan AzNews.az-a verilən məlumata görə, tədbirdə İP Koordinasiya Şurasının (İP) üzvləri – AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı İsa Qəmbər, Pənah Hüseyn, Vidadi Mirkamal, həmçinin hərbi ekspertlər iştirak ediblər.

Tədbirdə Cəbrayıl və Füzuli rayonlarının müdafiəsi uğrunda həlak olmuş şəxslərin, həmçinin bir neçə gün əvvəl vəfat etmiş hərbi ekspert İldırım Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AXCP sədri Əli Kərimli ordudakı vəziyyətin ölkə vətəndaşları üçün vacib olduğunu vurğulayıb: "Məlumatlara görə, bu ilin əvvəlindən indiyədək 65 hərbçi ölümü qeydə alınıb. Bunlardan yalnız 14 nəfər düşmən gülləsinə tuş gəlib. Qalan 52 hərbçi qeyri-döyüş şəraitində, müəmmalı şəkildə dünyasını dəyişib".

Daha sonra məruzələr başlayıb. Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli məruzəsində ordu rəhbərliyini tənqid edib. Y. Cəfərli zabitlərə dövlət qulluqçusu statusunun verilməməsini mənfi hal kimi qiymətləndirib: "Zabitlərin səlahiyyəti dövlət qulluqçularının səlahiyyətindən aşağıdır".

Hərbi ekspert Üzeyir Cəfərli məruzəsində deyib ki, ordu cəmiyyətin bir hissəsi olduğundan, cəmiyyətdəki problemlər orduya da keçir. Ü. Cəfərov Azərbaycanda çoxlu sayda general olmasını mənfi hal kimi qeyd edib: "Ölkədə neçə general olduğu bilinmir".
Ü. Cəfərli bəzi deputatların hərbi hissələrə səfər edərək ordudakı vəziyyəti yalandan təriflədiyini də söyləyib. O, konkret olaraq deputatlardan Vahid Əhmədov və Çingiz Qənizadənin adını çəkib.

Tədbirdə digər ehtiyatda olan zabitlər və hərbi ekspertlər, o cümlədən Telman Əbilov, Ələkbərov, Cəsur Sümərənli, Səməd Səmədzadə, Daşdəmir Əliyev və başqaları çıxış edib.

AzNews.az

Bağla X